Erməni hərbçisi Azərbaycan tərəfinə keçib.
Oxu.Az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, belə bir fakt var.
“Bu yəqin ki, ermənilərin öz aralarında olan gərginlik, qorxu hissi və panika ilə bağlıdır”, - məlumatda deyilir.
Rəsmi məlumat əlavə olaraq veriləcəkdir.
18:21
Qarabağdakı erməni işğalçı qüvvələrinin hərbi xidmətçisi Andranik Qriqoryan Azərbaycan tərəfə qaçıb.
Oxu.Az İnterfax-a istinadən xəbər verir ki, bu barədə Rusiya mənbələri məlumat yayıb.
Məlumata görə, 24 yaşlı erməni hərbçisi silah-sursatını elə döyüş postundaca ataraq Azərbaycan tərəfə keçib.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən atışmada 20 erməni hərbçisi həlak olmuş və yaralanmışdı.