Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində erməni təxribatının qarşısının alınması zamanı Ermənistan SQ-nin Baş Qərargahının rəis müavini, general-leytenant Movses Akopyan ölüb və ya aldığı yaradan ölüm ayağındadır.
Oxu.Az bu barədə Trendə istinadən xəbər verir ki, onun daimi xidmət yeri erməni separaçıları tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisi olub.
Həmin ərazidə o, Ermənistan SQ-nin qruplaşmasına və Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış müdafiə qurğuları arxasında gizlənməyə ümid edən Qarabağ separatçılarına rəhbərlik edirdi.
General-leytenant Movses Akopyanın koordinatları PUO-un vasitəsi ilə müəyyənləşdirilib və nəzarət altına alınıb.
Radiotexniki kəşfiyyatın və danışıqların tutulması ilə işğalçıların qərargahının və Ermənistanın SQ hərbi rəhbərliyinin görüş yeri müəyyənləşdirilib.
Azərbaycan ordusu general Akopyanı, erməni ordusunun bir sıra yüksəkrütbəli zabitlərini, eləcə də işğalçı qüvvələrin Cəbrayıl istiqamətində qərargahını uzaqməsafəli artilleriya ilə məhv etməyə müvəffəq olub.
Bunu Xankəndində bu günlərdə Ermənistan prezidenti Serj Sarkisyanın iştirakı ilə keçirilən iclasda Ermənistan silahlı qüvvələrinin bir sıra yüksək rütbəli zabitlərinin və general-leytenant Movses Akopyanın iştirak etməməsi də sübut edir.
Daha öncə Ermənistan Müdafiə Nazirliyi Azərbaycan və Ermənistan SQ arasında hərbi əməliyyatların gedişatına dair, guya general-leytenant Akopyan tərəfindən verilmiş müsahibəni təqdim edərək onun ölüm faktını gizlətməyə çalışıb.