Ermənistanın silahlı qüvvələrinin Azərbaycana təcavüzü nəticəsində beş qadın və üç uşaq həyatın itirib. 30 qadın və yeddi uşaq müxtəlif xəsarətlər alıb.
Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Xarici İşlər Nazirliyində keçirilən brifinqdə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı və bildirib.
Onun sözlərinə görə, Ermənistan tərəfi Azərbaycan şəhərlərini atəşə tutan zaman bu gün tələbləri pozaraq kasetli bombalardan istifadə edir:
“Bu da beynəlxalq normalara ziddir”.
A. Səfixanlı qeyd edib ki, Ombudsman Aparatı Ermənistan tərəfini mülki əhaliyə qarşı törətdiyi bu cinayətlə bağlı beynəlxalq təşkilatları məlumatlandırıb.
İlhamə Əbülfət