Ermənistan Silahlı Qüvvələrinin əsgəri qətlə yetirilib.
Oxu.Az-ın news.am-a istinadən məlumatına görə, Vaaqn Virabyan növbədə olarkən öldürülüb.
Hadisə bu gün, oktyabrın 15-də, səhər saatlarında baş verib.
Ermənistan İstintaq Komitəsində bununla bağlı cinayət işi qaldırılıb. V. Virabyanın qətlində istifadə olunan odlu silahın kimə məxsus olduğu artıq müəyyənləşdirilib.
S.B.
www.oxu.az