Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin atəşə tutulması nəticəsində mülki şəxslərdən biri 1943-cü il təvəllüdlü erməni Karina Qriqoryan yaralanıb.
Oxu.Az Karina Qriqoryanın fotolarını təqdim edir.
14:55
Xəbər verdiyimiz kimi, düşmən Gəncə şəhərini Ermənistan ərazisindən ağır artilleriya atəşinə məruz qoyub. Ermənistan silahlı qüvvələrinin Gəncəni atəşə tutması nəticəsində 1 mülki şəxs həlak olub, 4 nəfər yaralanıb.
Oxu.Az-ın məlumatına görə, Gəncədə yaralanan mülki şəxslərdən biri 1943-cü il təvəllüdlü erməni Karina Qriqoryandır.
Hazırda o, Gəncədə xəstəxanadadır.
Rəylər