Prezidentin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə yenidən baxmağın vacibliyini diqqətə çatdırıb.
Oxu.Az-ın məlumatına görə, H.Hacıyev Ermənistanın Tovuzdakı təxribatlarını şərh edərkən deyib ki, Ermənistan atəşkəsin arxasında gizlənərək, təcavüz siyasətini davam etdirir:
“Bu xüsusda BMT baş katibinin müraciətinə cavab olaraq deyirik ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməli, bu qətnamələrin yerinə yetirilməsi mexanizminə yenidən baxılmalıdır”, - deyə H.Hacıyev əlavə edib.
Aqşin Kərimov