Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakıda nəqliyyatın ən sıx olduğu ərazilər açıqlandı - RƏSMİ
Paytaxtda nəqliyyatın sıxlığı müşahidə olunan ərazilər məlum olub.
Oxu.Az-ın xəbərinə görə, Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, gün ərzində sərnişin tələbatı yüksək olan avtobus dayanacaq məntəqələri nəzarətdə saxlanılır:
“Səhər və axşam saatlarına uyğun olaraq, sərnişin tələbatı yüksək olan dayanacaq məntəqələri dəyişə bilir. Səhər saatlarında daha çox Əhmədli, 8-ci kilometr, Qara Qarayev prospekti istiqamətindən şəhər mərkəzinə sərnişin axını müşahidə ediriksə, axşam saatlarında, tam əksinə, şəhər mərkəzindən bu istiqamətdə kənd və qəsəbələrə sərnişin axını müşahidə olunur”.
O bildirib ki, sərnişin sıxlığının aradan qaldırılması üçün ərazidə olan nəzarətçilərə məlumat verilir:
“Yaxın ərazidə ehtiyat avtobuslar saxlanılır. Hər gün ekspress marşrutlar üzrə 100 avtobus xəttə çıxarılır. Bir o qədər sayda avtobus ehtiyatda saxlanılır. Həmin ehtiyatda olan avtobuslar sərnişin daşımalarına cəlb olunur.
Ehtiyat avtobusların sərnişindaşımaya cəlb olunması özlüyündə çox çətin prosesdir. Çünki sürücü dərhal bir xətdən digər xəttə keçirilir və marşrutun sürücüyə çatdırılması üçün imkanlar məhduddur. Buna baxmayaraq, tədbirlər nəticəsində karantin rejimi zamanı sərnişin daşınmasında ciddi problem yaşanmayıb”.
İlhamə Əbülfət
"Bakı" teqi üzrə xəbərlər
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
- Əfsanəvi Ronaldinyo Bakıya COP29-la bağlı səfərindən paylaşım edib
- Dünya futbolunun əfsanəsi Ronaldinyo Azərbaycana gəlib
Rəylər