İsrail silahlarının ən iri idxalçıları sırasında Azərbaycan Hindistan və Vyetnamdan sonra üçüncü yerdə qərarlaşıb.
Bununla bağlı “Novaya qazeta” nəşri məlumat yayıb.
Müxtəlif mənbələrə görə, 2017-ci ildə İsrail Azərbaycana 140 milyon dollar məbləğində silah satıb.
“Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasına “İldırım” adını almış “Barak-8” zenit raket sistemi də daxildir.
İsrail nəhəngi olan “Elbit Systems” özəl şirkəti Azərbaycana məxsus onlarla T-72 tankını modernləşdirib.
Həmin bu İsrail konserni Bakıya 120 millimetrlik özüyeriyən “CARDOM” minaatanları da satıb”, - materialda bildirilib.
“Azərbaycanın hərbi arsenalına İsrail istehsalı “Mikro-uzi” pulemyotları, “Tovar-21” tapançaları və “Neqev” pulemyotları da daxildir.
Həmçinin, Azərbaycan ordusu İsrailin B-300 qumbaraatanları və “Spayk” çoxfunksiyalı raket kompleksi ilə silahlanıb”, - qəzet yazıb.