Azərbaycanın Vətən müharibəsində SSRİ dövründən qalma çoxsaylı AN-2 (“Kukuruznik”) təyyarələrini pilotsuz uçan təyyarələrə çevirərək onları döyüş meydanına buraxması ilə bağlı kadrlar yayımlanıb.
Oxu.Az-ın məlumatına əsasən, Dövlət Sərhəd Xidmətinin (DSX) hazırladığı “Əsrə bərabər il” adlı sənədli filmində bu barədə bəhs edilib.
Kadrlardan görünür ki, “Kukuruznik”lər içində pilot olarkən havaya qaldırılır. Bir müddət sonra, “Kukuruznik”in düşmənin hava hücumundan müdafiə sahəsinə girişi ərəfəsində pilot paraşütlə tullanır.
Düşmən isə həmin təyyarəni qırıcı hesab edərək vurur, yəni “yem”i udur. Bununla da Azərbaycan Ordusu “Kukuruznik” taktikasından istifadə etməklə düşmənin S-300 komplekslərinin və digər hava hücumundan müdafiə sistemlərinin yerləşmə rayonlarını müəyyənləşdirib. Daha sonra onlara hücum edərək sıradan çıxararaq dəmir parçasına çevirib.
Bununla da müharibədə havada da üstünlük qazanıb.
View this post on Instagram
"Azərbaycan Ordusu" teqi üzrə xəbərlər
- Vətən müharibəsinin 35-ci günü: Düşmənin kəşfiyyat-diversiya qrupu məhv edilir - Video
- Vətən müharibəsinin 34-cü günü: Doqquz kənd işğaldan azad edilir - Foto
- Müdafiə naziri Slovakiyanın nümayəndə heyəti ilə müzakirələr apardı - Foto
- Vətən müharibəsinin 33-cü günü - Düşmən xeyli sayda itki verir
- 44 günün səmadakı izi: Pilot və kəşfiyyatçı Vətən müharibəsindən nələr danışdılar? - Video
Digər xəbərlər