Ermənistanda hakim “Mənim addımım” parlament fraksiyası Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb edən müxalifəti Dağlıq Qarabağda Rusiya sülhməramlılarının yerləşməsinə qarşı çıxmağa çağırıb.
Bu barədə “İnterfax” xəbər yayır.
“Qarabağ müharibəsinin sona çatmasına dair razılaşmanın qanuniliyini müzakirə etməzdən əvvəl müxalifətə onun Rusiyanın vasitəçiliyinə qarşı çıxdığını, sülhməramlıların münaqişə bölgəsindən çəkilməsinə tərəfdar olduqlarını və müharibəni davam etdirməyə razı olduğunu bildirmələrini təklif edirik”, - deyə bildirilib.
Fraksiya hesab edir ki, müxalifət qüvvələri də “yeni bir müharibədə qələbə qazanmaq üçün yol xəritəsi” təqdim etməyə borcludurlar.