Oxu.Az xəbər verir ki, bu gün Rusiya prezidenti Vladimir Putin Soçidəki iqamətgahında, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanıla iki tərəfli görüş keçirəcək, bu barədə Kremlin mətbuat xidmətinə istinadən “Komsomolskaya pravda” bildirib.
Nəşrin xəbər verdiyi kimi, Rusiya uzun müddətdir, münasibətləri 20 ildən artıqdır ki, gərgin olan iki tərəf arsında vasitəçi kimi çıxış edir. Ermənistan və Azərbaycan arasında dialoq demək olar ki, yoxdur, Qarabağ münaqişəsi isə istənilən an qaynar fazaya keçə bilər. Hal-hazırda sərhəddə atəşkəs rejimi müntəzəm olaraq pozulur və hər iki tərəfdən hərbçilər həlak olur.
Nəşr əmindir ki, Putin tərəfləri ən azından vəziyyətin yenidən müharibə şəraitinə keçməməsinə razı salacaq. Həm də Əliyev və Sarkisyanın Soçiyə eyni gündə gəlmələri yaxşı əlamətdir. Baxmayaraq ki, görüşün üçtərəfli formatı nəzərdə tutulmayıb, amma hər şey dəyişə bilər.