Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilməsi qaydası dəyişir
Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilməsi qaydası dəyişir.
Oxu.Az xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər üç ildən bir təkrar tibbi müayinədən keçirilirlər.
Layihəyə əsasən, sağlamlıq vəziyyətinə görə bir il müddətinədək möhlət verilmiş çağırışçılar möhlət müddəti bitdikdən sonra, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar isə 30 yaşına çatana qədər hər üç ildən bir təkrar tibbi müayinədən keçiriləcəklər.
"Hərbi xidmətə çağırış" teqi üzrə xəbərlər
- Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
- Azərbaycanda yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı
- Hərbi geyim forması ilə bağlı qaydanı pozanlar 1000 manatadək cərimə oluna bilərlər
- Əli Əsədovdan qurumlara hərbi xidmət keçmənin son yaşının endirilməsi ilə BAĞLI TAPŞIRIQ
- Bu gündən Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb