Ermənistan müdafiə naziri Seyran Ohanyan yüksək vəzifəli hərbçilərin müşayiəti ilə respublikanın şimalında yerləşən hərbi hissələrdən birinə səfər edib.
O, kazarmaları nəzərdən keçirib, hərbçilərin öz funksional vəzifə biliklərini yoxlayıb, işgüzar səfər isə hərbi hissənin yeməkxanasının sanitar-gigiyenik yoxlaması ilə başa çatıb.
Müdafiə naziri isti və səmimi atmosferdə öz əsgərləri ilə söhbət edib, onların hərbi xidmət haqqında fikirləri ilə maraqlanıb. Və nazirin öz əsgərləri ilə masa arxasında fotosu...
Sanki hər şey normaldı, hər şey qaydasındadı. Nazir öz qoşunlarını yoxlayır və KİV bunu işıqlandırır...
Bir əmma var. Bir foto digərinə o qədər bənzəyir ki, hətta eynisi olduğunu demək olar...
“Yoldaş Ohanyan” nazir olmağı öyrənməyə başlayıb... Müəllimi də əladır – Azərbaycan Respublikasının müdafiə naziri...
Axır ki, Seyran Ohanyana çatdı ki, hətta düşməndən belə öyrənmək olar, əgər öyrənməli bir şey varsa. Amma çətin ki, cənab Ohanyan bunu etiraf edə...
Bütün “ən qədim” və “müasir” ermənilərə məxsus hər şey kimi (Axı Ermənistanın faşist ideoloqu Levon Melik Şaxnazaryanın dediyi sözlər hamının yadındadır: “erməni dili tanrıların dilidir... və Ermənistan tanrılar vətənidir... və tanrılar Ararat vadisindəndirlər”).
Ufff... İmkan verin bu boşboğazlıqdan sitat gətirməkdən daralan nəfəsimi dərim... deməli bu Seyrancıq çətin ki, qoşunları idarə etməyi Zakir Həsənovdan öyrəndiyini etiraf edə... Amma dostlar, hər şey göz qabağındadır, o hər şeyi nazirimizin ardınca təkrar edir... step by step (addım ba addım) necə deyərlər... İş bunda deyil...
Qoy, yoldaş Ohanyanın bütün addımlarını işıqlandırsınlar... erməni təbliğatının bacarığı öz təhrikediciliyi, həqiqətdən uzaqlığı, “Ararat vadisindən” olan “tanrıyabənzərlərin” tərifi, faşist ideologiyasının zənginliyi ilə çoxdan məlumdur. Qoy, erməni naziri də özünü oxşatsın...
Amma mən nəyə fikir verdim... Bütün bu bənzətmələr bacarıqsız rejissor sözü ilə daha çox saxtalaşdırılmış, nisgil bənzətməyə daha çox oxşayır...
Bax, elə götürək S.Ohanyanın erməni əsgərləri ilə bir masa arxasında oturduğu fotonu...

Bu isə bir həftə öncə Azərbaycan saytlarında dərc edilmiş şəkil.

İndi isə tapmaca... beş fərqi tapın... heç olmasa beş. Mən daha çox taparam. Söhbət bizim masanın zənginliyindən və erməni masasının kasıblığından getmir...
Söhbət hətta bizim əsgərlərin komandirləri ilə bərabər sevinc dolu baxışlarından və optimizm dolu olmalarından və əks tərəfin Qarabağ işğalçılarının ürkək, dizenteriyadan əziyyət çəkən, başları qırxılmış (belə ki, elementar sanitar şəraitin olmaması əsgərlərin bit basması təhlükəsi yaradır) olmasından getmir...
Hətta sərəncamında çalışanlara hörmət edən şəxs ən azından ora hərbi formada gələrdi, ezamiyyətə gələn kimi yox. Ən əsas cəhət isə hər bir nazirin ideoloji əsasını ifadə edən fərqdir...
Şəkillərə bir daha nəzər salın... Əsgər payına tamahkarcasına uzanmış erməni nazirinin əli və nazir Zakir Həsənovun öz əsgərləri ilə çörək bölən əli.

Nədir? Yenə fərq axtaracayıq? Məncə, dəyməz... Sən isə yoldaş Ohanyan, öyrən... Öyrənmək heç bir zaman gec deyil...
Zəif və müdafiəsizləri öldürmək elminə yiyələnmisən, öz əsgərlərini sevməyi öyrən, insan olmağı öyrən... ay bizim “tanrıybənzərimiz”...
Məmməd Salamov
www.oxu.az