Aprelin 2-də Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovla Gürcüstanın müdafiə naziri Mindia Canelidze arasında ikitərəfli formatda görüş keçirilib.
Oxu.Az Gürcüstanın Müdafiə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, görüşdə tərəflər iki ölkə arasında hərbi əməkdaşlığı müzakirə ediblər. Mindia Canelidze azərbaycanlı həmkarına Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyinə görə minnətdarlığını bildirib.
Nazirlər hərbi sahədə ikitərəfli əməkdaşlığın perspektivlərini xüsusi olaraq qeyd edərək əməkdaşlığın gələcək inkişafına ümidvar olduqlarını bildiriblər. Tərəflər həmçinin 2015-ci il üçün İkitərəfli Əməkdaşlıq Planının yerinə yetirilməsi statusunu da nəzərdən keçiriblər.
Görüşün sonunda Mindia Canelidze azərbaycanlı həmkarına Gürcüstanda müdafiə sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib.