Sabah Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Oxu.Az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
Zaxarova qeyd edib ki, sabahkı görüşün müəyyən mərhələsində ATƏT-in Minsk qrupunun həmsədrləri və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjel Kaspşik də iştirak edəcək.
“Görüşdə Dağlıq Qarabağ münaqişəsi tərəflərinin mövqeləri dinləniləcək, münaqişənin nizamlanması ilə bağlı fikir mübadiləsi aparılacaq”, - deyə Rusiya XİN rəsmisi bildirib.
Z.Q.