Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Oqtay Əsədov deputatlara irad tutdu: Səsvermədə iştirak etmirsiniz
Bu gün Milli Məclisin növbəti - 2019-cu il yaz sessiyası öz işinə başlayıb.
Oxu.Az xəbər verir ki, spiker Oqtay Əsədov çıxışında qeyd edib ki, Milli Məclis prezident İlham Əliyevin apardığı xarici və daxili siyasəti yüksək səviyyədə müdafiə edib:
“Belə ki, qanunvericilik bazası möhkəmləndirilib. Hesab edirəm ki, yaz sessiyası da məhsuldar və səmərəli olacaq”.
O bildirib ki, bir çox qanun layihələri, o cümlədən, baş nazirin, ombudsmanın, bələdiyyələrlə bağlı ədliyyə nazirinin müavininin və insan alverinə qarşı milli koordinatorun hesabatı dinləniləcək.
Qeyd edək ki, spiker iclasın elə ilk başlanğıcında deputatlara iradını bildirib:
“Hələ sessiyaya bu gün başlamışıq. Zalda 115 nəfər var. Amma səsvermədə diqqətli deyilsiniz və iştirak etmirsiniz. Xahiş edirəm, diqqətli olun”.
Kamil HƏMZƏOĞLU
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Dünya liderləri Prezident İlham Əliyevə başsağlığı verirlər
- Çin lideri Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib
- İran prezidenti İlham Əliyevə başsağlığı verdi
- Şavkat Mirziyoyev İlham Əliyevə zəng etdi
- Qazaxıstana ezam olunmuş Azərbaycan nümayəndə heyəti təyyarə qəzasında xəsarət alanlara baş çəkib