Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanlı deputat Yerevandakı Göy Məsciddə - FOTO/VİDEO
Naxçıvan Ali Məclisinin deputatı Anar İbrahimov martın 28-də Ermənistanda keçirilən Avropa Birliyi-Şərq Tərəfdaşlığı formatı platformalarından biri olan Şərq Tərəfdaşlığının Regional və Yerli Hakimiyyətlər Konfransının (Conference of Regional and Local Authorities for the Eastern Partnership - CORLEAP) 14-cü Büro toplantısında iştirak üçün Yerevana gedib.
Oxu.Az-ın məlumatına görə, o, Yerevanda Göy Məscidi ziyarət edib.
“Bu gün fürsət tapıb Yerevanda Göy Məscidi ziyarət etdim. 1766-cı ildə İrəvan xanı Hüseynəli xanın tikdirdiyi Göy Məscid şəhərin türk-islam siyasi, dini və mədəni irsindən qalan yeganə yadigarımızdır. Ziyarət və ibadət etdim. Yerevanın mərkəzində yerləşən bu abidə millətimizin şanlı keçmişinin işarəsi kimi hər zaman bizi özümüzə və özgələrə xatırlatmağa davam edəcək”, - deputat bildirib.
Samir İsayev
"Azərbaycan" teqi üzrə xəbərlər
- Hakan Fidan Azərbaycana səfər edəcək
- Azərbaycan və Braziliya aqrar sahədə əməkdaşlıq edəcəklər
- Paşinyan: "Biz Azərbaycanla münasibətlərin normallaşması üçün konstruktiv həllər təklif etmişik"
- Ermənistanın ədliyyə naziri: "Yeni konstitusiyanın mətni 2026-cı il seçkisinə qədər hazır olmalıdır"
- Azərbayanda yeni idarəçilik modeli: "Məqsəd şəffaflığı və səmərəliliyi artırmaqdır"