Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycan üçün unikal şans - Onların dialoqu Bakıda baş tuta bilər
Donald Tramp ikinci dəfə ABŞ prezidenti seçilsə, İrandakı müxtəlif dairələr ortaq məxrəcə gələrək hansısa üçüncü dövlətin vasitəsilə Vaşinqtonla dialoq imkanlarını nəzərdən keçirə bilər.
Oxu.Az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu İranla ABŞ-ın danışıqlara nə zaman başlayacağı məsələsini şərh edərkən bildirib.
Onun sözlərinə görə, bu mənada Azərbaycan üçün gələcəkdə unikal şans yarana bilər.
“Rusiya-NATO dialoqu Bakıda həyata keçirilir. Rəsmi Bakı Vaşinqton-Tehran dialoqunun da Azərbaycan paytaxtına həyata keçirilməsini təklif edə bilər. Bu həm İranın, həm də Amerikanın maraqlarına uyğun olar. Azərbaycan bu iki dövlət arasında müharibə istəmir, eyni zamanda həm İranla, həm də ABŞ ilə tərəfdaşlığını artırmaq istəyir. ABŞ Azərbaycanın vasitəçiliyinə etiraz etməz”, - politoloq əlavə edib.
Samir İsayev
"Bakı" teqi üzrə xəbərlər
- Əbdül Xalid təcili xəstəxanaya yerləşdirildi
- Qatı duman səbəbindən ehtiyat aeroporta göndərilən təyyarələr Bakıya eniş ediblər
- "Pik saat" anlayışı yox oldu: "Bakıda uçan taksi olsa, göydə də tıxac yaranar"
- Avtobus sürücülərinin dayanacaqda yaratdığı VƏZİYYƏT
- Bakıda taksi sürücüsündən qeyri-adekvat davranış - Maşını gözüyumulu sürdü