Avq
2019
20:35
69
435
3354
Virtual karabakh

Ceyhun Bayramov: Olimpiadaya ev sahibliyi etmək bizim üçün şərəfdir

5 Avq, 2019
20:35
3354

Ceyhun Bayramov: Olimpiadaya ev sahibliyi etmək bizim üçün şərəfdir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Keçirilən olimpiada bu günün və sabahın ən parlaq zəkalarını birləşdirir.

Oxu.Az xəbər verir ki, bu sözləri Təhsil Naziri Ceyhun Bayramov “IOI 2019” - 31-ci Beynəlxalq İnformatika Olimpiadasının açılış mərasimində deyib.

O bildirib ki, belə bir beynəlxalq elmi olimpiadaya ev sahibliyi etmək bizə şərəf verir: “Hər il beynəlxalq elmi olimpiadalarda iştirak edən tələbələrimiz medallarla vətənə gəlir. Bu, bizi çox qürurlandırır. Biz elm müsabiqələrinə qatılmağa və onların keçirilməsinə xüsusi diqqət yetiririk. 2015-ci ildə Bakıda keçirilən 47-ci Beynəlxalq Kimya Olimpiyadasında azərbaycanlı tələbələr 2 medal qazanmışdı. İnanırıq ki, bu cür tədbirlər xüsusilə gənclər arasında dostluq, sülh və mədəniyyətlərarası dialoqun inkişafında böyük rol oynayacaq”.

Nazir qeyd edib ki, son 6 ildə şagirdlərimiz olimpiadalarda 150-dən çox medal qazanıb: “Ümid edirik ki, bu medalların sayı artacaq. Təhsil müddətində əldə olunan biliklərdən səmərəli şəkildə istifadə etmək bu medalları qazanmaq qədər vacibdir”.

Könül

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri