20 
Fev
2020
14:34
172
25
9082
yuxarı
Saxlanılan icra başçısı seçkilərə müdaxilə edib? - RƏSMİ
Neftçalanın Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan icra başçısı İsmayıl Vəliyev parlament seçkiləri zamanı seçkilərə müdaxilə etməyib.
Bu barədə Oxu.Az-a 61 saylı Neftçala Dairə Seçki Komissiyasının sədri Şaiq Məmmədov bildirib.
Onun sözlərinə görə, icra başçısının seçkilərə müdaxiləsi barədə xəbərlər həqiqətləri əks etdirmir.
Qeyd edək ki, bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev saxlanılıb.
Yerli mətbuatdakı xəbərlərin bir qismində iddia olunur ki, icra başçısı Neftçalada seçkilərə müdaxilə edib.
Xatırladaq ki, 61 saylı Neftçala Seçki Dairəsi üzrə lider namizəd Sabir Rüstəmxanlıdır.
Aqşin Kərimov
Bizimlə əlaqə saxlayın
Digər Siyasət xəbərləri
2 
Mar
2021
19:05
“Arsax” sözü və ya ifadəsi tamamilə qadağan edilməlidir!” – RUSİYADAN MÜSAHİBƏ
471
10
2134
2 
Mar
2021
17:24
Rusiyalı ekspert: “İlham Əliyev Azərbaycanın məsuliyyətli, sivil obrazını yaratdı”
309
22
1418