Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Əli Əsədovdan işsiz şəxslərlə bağlı MÜHÜM QƏRAR
Nazirlər Kabineti koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə şəraitində dövlət məşğulluq xidməti qurumlarında işsiz kimi qeydiyyata alınmış şəxslərin sosial müdafiəsi haqqında Qərar qəbul edib.
Oxu.Az xəbər verir ki, Qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən;
1. 2020-ci il 1 aprel tarixinə işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə minimum məbləğdə işsizlikdən sığorta ödənişi, habelə peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə verilən təqaüdün ödənişi Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək davam etdirilməli;
2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etməlidir.
"Əli Əsədov" teqi üzrə xəbərlər
- Azərbaycanda "Qrantların reyestrinin aparılması Qaydaları" təsdiqlənib
- Əli Əsədov monteneqrolu həmkarına başsağlığı verib
- Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib
- Məqsədli proqramların həyata keçirilməsi qaydası təsdiq olunub
- Neft məhsullarının ölkə ərazisində daşınması xərcləri ilə bağlı qaydalar dəyişdirilir
Rəylər