23 
İyl
2020
12:57
130
78
2212
Virtual karabakh

XİN-dən dünyada həmvətənlərimizə qarşı erməni vəhşilikləri ilə bağlı BƏYANAT - VİDEO

23 İyl, 2020
12:57
2212

XİN-dən dünyada həmvətənlərimizə qarşı erməni vəhşilikləri ilə bağlı BƏYANAT - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Xarici İşlər Nazirliyi xarici ölkələrdə azərbaycanlıların keçirdiyi aksiyalar zamanı ermənilərin törətdiyi təxribat barədə bəyanat səsləndirib.

Oxu.Az-ın xəbərinə görə, XİN-in mətbuat katibi Leyla Abdullayeva keçirilən brifinqdə deyib ki, soydaşlarımız Polşa, Niderland, ABŞ, Brüsseldə dinc aksiyalar keçirib. 

Onun sözlərinə görə, ermənilər aksiyalar zamanı azərbaycanlı diplomatlara və soydaşlarımıza qarşı vəhşilik ediblər.

L.Abdullayeva söyləyib ki, ermənilərin hərəkətləri vandalizm və terror aktı kimi dəyərləndirilməlidir. 

“Biz həmin ölkələrin hüquq-mühafizə orqanlarının bu cinayət əməllərini araşdırıb müvafiq qiymət verəcəklərini gözləyirik”, - deyə L.Abdullayeva əlavə edib.

O qeyd edib ki, Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə xəsarət alan azərbaycanlılarla bağlı müvafiq təlimatlar verilib.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri