22 
Avq
2020
16:04
406
64
2757
Virtual karabakh

Əli Əsədov Fuat Oktayı Qara dənizdə təbii qaz yatağının kəşf edilməsi münasibətilə təbrik edib

22 Avq, 2020
16:04
2757

Əli Əsədov Fuat Oktayı Qara dənizdə təbii qaz yatağının kəşf edilməsi münasibətilə təbrik edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avqustun 21-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının vitse-prezidenti Fuat Oktaya ölkəsinin Qara dənizdə nəhəng təbii qaz yatağını kəşf etməsi münasibətilə təbrik məktubu ünvanlayıb.

Baş nazir bu tarixi nailiyyətin Türkiyənin iqtisadiyyatının səmərəliliyinin və dayanıqlığının təmin edilməsinə, qardaş Türkiyə xalqının rifahının daha da yüksəlməsinə əhəmiyyətli töhfə verəcəyinə əminliyini ifadə edib.

Dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin hər iki xalqın tarixən qırılmaz tellərlə bir-birinə bağlı olan iradəsindən qaynaqlandığı bildirilib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri