Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Gəncəyə uçuşlar bərpa olunur? - AÇIQLAMA
Gəncə-Bakı üzrə keçirilən aviareyslərin bərpası ilə bağlı müzakirələr hələlik aparılmır.
Oxu.Az-ın müxbiri Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, bu gün ölkədə daxili aviareys Bakı-Naxçıvan istiqamətində fəaliyyət göstərir:
“Ermənistanın məhz Azərbaycana qarşı olan təcavüz siyasətinin növbəti tərkib elementlərindən biri Azərbaycan Respublikasının Naxçıvan regionunun və Naxçıvan Muxtar Respublikasının blokada şəraitində saxlanılmasıdır.
Blokada şəraitinə görə orada yaşayan vətəndaşlarımızın ölkəmizin əsas hissəsi, yəni Bakı ilə gediş-gəlişini təmin etmək üçün Bakı-Naxçıvan istiqamətində və geriyə reyslər həyata keçirilir. Amma Gəncə-Bakı üzrə keçirilən aviareyslərin bərpası ilə bağlı müzakirələr hələlik aparılmır. Bunun da səbəbi regionlararası məntəqələrin bağlı olmasıdır. Hazırda buna zərurət görülmür”.
H.Hacıyev Türk Hava Yollarının çarter reysləri barədə də məlumat verib:
“Türk Hava Yollarının Naxçıvan və Türkiyənin müxtəlif şəhərləri üzrə uçuşlar həyata keçirməsinə icazə verilib”.
Könül Cəfərli
"Bakı" teqi üzrə xəbərlər
- Yararsız qalıb küçələrə səpələnən baryerlərlə bağlı RƏSMİ AÇIQLAMA
- Avtomobillərə qaz balonu kimin icazəsi ilə və harada quraşdırılmalıdır?
- Bakıda sərnişin avtobusu qəzaya uğradı
- Kommunal xidmətlərin tarifləri dəyişdirildi: Bu sahədə düzgün hesablama aparılıbmı?
- Sabunçuda baş verən qəzada xəsarət alan şəxsin son durumu AÇIQLANDI