Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva cəbhədəki düşmən təxribatı ilə bağlı paylaşım edib.
Birinci vitse-prezidentin “Instagram” hesabında yayımlanan paylaşımda deyilir:
“Azərbaycan Ordusu hərbi təxribata cavab olaraq hazırda əks-hücum əməliyyatı keçirir. Deyə bilərəm ki, əməliyyat uğurla keçirilir. Uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənin canlı qüvvəsinə və hərbi texnikasına böyük ziyan vurulub. Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi azad edilib”.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu barədə Təhlükəsizlik Şurasının iclasında məlumat verib.
Ordumuzun uğurlu əks-hücum əməliyyatı münasibətilə Azərbaycan xalqını təbrik edən dövlətimizin başçısı deyib:
“Mən əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaqdır! Ədalətsizliyə son qoyacaqdır!”
View this post on Instagram"Azərbaycan Ordusu" teqi üzrə xəbərlər
- "Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə" kitabının təqdimat mərasimi keçirilib - Foto
- Vətən müharibəsinin 38-ci günü: Ağır itkilərə məruz qalan düşmən geri çəkilməyə məcbur edilir
- Vətən müharibəsinin 37-ci günü: Səkkiz kənd işğaldan azad edilir - Foto
- Rusiya Azərbaycan Ordusunun bəzi müəssisələrinin modernləşdirilməsində iştirak edəcək
- Vətən müharibəsinin 36-cı günü: Döyüş əməliyyatları davam edir
Digər xəbərlər