Əziz həmvətənlər! Rəşadətli Ordumuz əzəli Azərbaycan torpaqlarını erməni işğalından azad etmək üçün uğurlu əks-hücum əməliyyatı apardığı bir vaxtda düşmən öz məkrli niyyətlərini göstərməkdən əl çəkmir.
Bu sözləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Instagram” səhifəsindəki paylaşımında yazıb.
Birinci vitse-prezident bildirib ki, qızğın döyüşlərin davam etdiyi bütün həftə ərzində Ermənistan vicdansızcasına feyk xəbərlər tirajlayır:
“Bu şiddətli hücumda beynəlxalq birliyi fəal surətdə yanlış məlumatlandıran erməni diasporu xüsusi rol oynayır. Bu gün biz hamımız həqiqətən tarixi hadisələrin şahidləriyik!
Lakin biz baş verənləri sadəcə kənardan müşahidə edə bilmərik. Bizim hər birimiz Böyük Qələbə anını yaxınlaşdırmaq üçün əlimizdən gələni etməyə borcluyuq. Deməli, biz hamımız erməni yalanını ifşa etmək üçün maksimum səy göstərməyə borclu olan əsgərlərik. Mən sizin hər birinizi erməni təbliğatının feyklərini ifşa etməyə və erməni təcavüzü haqqında həqiqətləri bütün mümkün platformalarda beynəlxalq birliyə çatdırmağa çağırıram!
Azərbaycanı özünün Vətəni hesab edən hər kəs səsini ucaltmalı və ermənilərin yalanını təkzib etməlidir!
Uca Tanrı bizim Ordumuzu, xalqımızı və Vətənimizi qorusun!”
View this post on Instagram"Ermənistan" teqi üzrə xəbərlər
- Paşinyan: "Məqsəd sərhədləri və açıq qapıları olan Ermənistan miras qoymaqdır"
- Alen Simonyan: "Sevan gölünə Göyçə deyəndə buna niyə sərt reaksiya verirlər?"
- Tramp marşrutu üzrə texniki planlaşdırmanın detalları açıqlandı
- Ermənistan əhalisinin 30%-i prezidenti tanımır
- Ermənistanda Konstitusiya Məhkəməsinə yeni sədr seçildi
Digər xəbərlər