Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan və Azərbaycan tərəfləri arasında hərbi əsirlərin dəyişdirilməsi prosesindən danışıb.
TASS xəbər verir ki, bu barədə bu gün keçirilən brifinqdə deyib.
“Əsirlərin mübadiləsi prosesi davam edir”, - deyə Zaxarova bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycana 12 şəxs qaytarılıb. Ermənistana isə Azərbaycandan 44 hərbçi təhvil verilib.
Zaxarova əsirlərin dəyişdirilməsindən danışdı - VİDEO