“Zirə” klubunda ilk ayrılıq rəsmiləşib.
Klubun rəsmi saytının məlumatına görə, Bakı təmsilçisi Kayo Rangel ilə yollarını ayırıb.
Braziliyalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, vaxtı ilə Braziliyanın 14 və 17 yaşadək yığmalarında, həmçinin İtaliya A Seriyasında “Kalyari”də oynamış 24 yaşlı forvard “Zirə” ilə avqustun 16-da 1+1 illik müqavilə imzalamışdı. Lakin o, Azərbaycan Premyer Liqasında cəmi bir oyuna çıxa bilib.