Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Hadrut qəsəbəsində yeni məscidin təməlini qoydu.
Məlumat verildi ki, Hadrut qəsəbəsində yerli əhali üçün inşa ediləcək məscidin minarəsi 26 metr olacaq. Eyni vaxtda 250 nəfərin ibadəti üçün nəzərdə tutulan məscidin ikinci mərtəbəsində qadınların ibadət otağı yerləşəcək. Məscidin fasadında xüsusi bəzək elementlərindən istifadə olunacaq.
Prezident Hadrutda yeni məscidin təməlini qoyub - YENİLƏNİB + FOTO/VİDEO
2021-10-09 16:30
Xocavənd rayonunun Hadrut qəsəbəsində yeni məscidin təməli qoyulub.
Təməlqoyma mərasimində Prezident İlham Əliyev iştirak edib.