4 
Noy
2021
12:44
21
145
1320
yuxarı
Şahmar Mövsümov: “Vaksin millətçiliyi ədalətsiz yanaşmadır”
4 Noy, 2021
12:44
1320
21
145
Şahmar Mövsümov: “Vaksin millətçiliyi ədalətsiz yanaşmadır”
“Bu gün Prezident İlham Əliyev VIII Qlobal Bakı Forumunda vaksin millətçiliyi barədə fikirlərini bildirdi”.
Oxu.Az xəbər verir ki, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, inkişaf etmiş ölkələrdə vaksinasiya 60-70 faizə qədər çatıb.
“İnkişaf edən ölkələrin bir çoxunda isə heç 10 faizə çatmayıb. Təbii ki, bu, qeyri-bərabər, ədalətsiz yanaşmadır”, - deyə o əlavə edib
Onun sözlərinə görə, bütün ölkələr pandemiyaya qarşı mübarizədə birləşməlidilər ki, bu, tezliklə bitsin.
Aqşin Kərimov