Birinci vitse-prezident Mehriban Əliyeva noyabrın 16-da Ermənistanın törətdiyi növbəti hərbi təxribat nəticəsində baş vermiş silahlı qarşıdurmada şəhid olmuş hərbi qulluqçularımızın yaxınlarına başsağlığı verib.
Mehriban Əliyeva bununla bağlı “Instagram” hesabında paylaşım edib.
Paylaşımda deyilir:
“Ermənistanın törətdiyi növbəti hərbi təxribat nəticəsində yaranan silahlı qarşıdurma zamanı həlak olmuş əsgər və zabitlərimizin doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların ailələrinə səbir versin. Yaralıların tezliklə sağalmasını diləyirəm. Uca Tanrı Vətənimizi qorusun!”
View this post on Instagram
"Ermənistan" teqi üzrə xəbərlər
- Paşinyan: "Bakı və İrəvan sülhü bərqərar ediblər, indi hüquqi cəhətdən təsbit etmək lazımdır"
- Arsen Aqamalyan Azərbaycana səfərindən nələr danışdı? - "Mənfi şərhlərə inanmayın" - Foto
- Ermənistan İK sədri: "Zəngəzurda saxlanılan Azərbaycan əsgərinin heç kimi öldürmək niyyəti olmayıb"
- Simonyan İrəvanın meri olmaq istəyir: Post uğrunda gərgin mübarizə
- Ermənistanın ədliyyə naziri: "Qarabağı birləşdirmək kimi bir məqsədimiz yoxdur"
Digər xəbərlər