13 
Dek
2022
00:09
2777
194
55600
Virtual karabakh

Rusiya sülhməramlılarının postuna əlavə qüvvələr cəlb edilib - YENİLƏNİB + FOTO/VİDEO

13 Dek, 2022
00:09
55600

Rusiya sülhməramlılarının postuna əlavə qüvvələr cəlb edilib - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya sülhməramlıları əraziyə əlavə maneələr gətirib.

Bu barədə İTV məlumat yayıb.

Qeyd edək ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasının iştirakçıları bu axşam orada gecələməyə qərar veriblər.

23:33

Şuşa-Xankəndi yolunda aksiya keçirənlər üçün yeni çadırlar qurulur.

Qeyd edək ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasının iştirakçıları bu axşam orada gecələməyə qərar veriblər.

Daha ətraflı Baku TV-nin süjetində:

21:49

Fövqəladə Hallar Nazirliyi (FHN) Laçın yolunda aksiya keçirən azərbaycanlılar üçün çadırlar aparır.

Bu barədə İTV məlumat yayıb.

Həmin görüntüləri təqdim edirik:

20:43

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası davam edir.

“Report” xəbər verir ki, havanın soyuq olmasına baxmayaraq, aksiya iştirakçıları ərazidə qalmaqda qərarlıdırlar.

Onlar Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası davam edir.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdidirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Aksiyadan hazırlanan fotoreportajı təqdim edirik:

19:36

Xankəndi-Şuşa yolunda azərbaycanlı fəallar və QHT nümayəndələrinin keçirdiyi etiraz aksiyası davam edir.

Oxu.Az-ın məlumatına görə, gecə saatları olmasına baxmayaraq nümayəndə heyəti ərazidən uzaqlaşmayıb.

Qeyd edək ki, onlar Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun gəlməsini gözləyirlər.

17:55

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasının iştirakçıları bu axşam orada gecələməyə qərar veriblər.

“Report”un ərazidə olan əməkdaşı xəbər verir ki, etiraz aksiyası keçirən azərbaycanlı fəallar və QHT nümayəndələrinin rahat şəkildə gecələmələri üçün çadırlar quraşdırılıb.

Eləcə də çadırlar və ərazi işıqlandırılıb. Bununla yanaşı çadırlar istiliklə təmin edilib.

16:38

Xankəndi-Şuşa yolunda azərbaycanlı ekofəalların etiraz aksiyası davam edir. 

Oxu.Az xəbər verir ki, aksiyada 500 nəfərə yaxın azərbaycanlı iştirak edir. 

Aksiyaların gecə saatlarında davam edəcəyi gözlənildiyi üçün artıq Azərbaycan tərəfi həmin əraziyə işıq xətti çəkir. 

Şuşada yaşayan Azərbaycan vətəndaşları da etiraz aksiyasına qoşulmağa başlayıblar.

Həmçinin Xankəndi yolunun üzərinə Azərbaycan bayraqları asılıb. 

15:24

Gorus-Xankəndi yolundakı aksiya keçirilən əraziyə 17-GX-771 Ermənistan dövlət nömrə nişanlı avtomobil yaxınlaşıb. 

Jurnalist olduqları ehtimal edilən şəxslərin əraziyə yaxınlaşmasına Rusiya sülhməramlıları tərəfindən icazə verilməyib. 

Həmin şəxslər geri qayıtmaq tələbinə məcburən riayət ediblər.

15:00

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası keçirən azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Azərbaycan himnini səsləndiriblər.

Həmin görüntüləri təqdim edirik:

14:28

Rusiya sülhməramlıları azərbaycanlıların etiraz aksiyası keçirdiyi əraziyə əlavə texnika cəlb ediblər.

Belə ki, bölgəyə kran və bir neçə yük maşını gətirilib. Hələlik, texnikanın hansı məqsədlə gətirildiyi bəlli deyil.

14:20

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvlərinin Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası davam edir. 

Onlar Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.

Son məlumatlara görə, A.Volkov hadisə yerinə gəlmək üzrədir.

12:51

Xankəndi-Şuşa yolunda azərbaycanlı ekofəalların qarşısını kəsən Rusiya sülhməramlılarının iriçaplı silahları yığışdırılıb. 

Oxu.Az xəbər verir ki, ekofəalların etirazlarından sonra pulemyotlar sülhməramlı hərbçilərin üzərindən götürülüb.

12:31

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin tərkibində milliyyətcə erməni olanlar da xidmət edirlər. 

Bu iddialar bugünkü aksiyada öz təsdiqini tapıb. 

Aksiya iştirakçıları əsgərlərdən biri ilə erməni dilində danışıb.
 
Həmin hərbi qulluqçu isə onlara ermənicə cavab verib.

Azərbaycanlı fəallardan biri Ermənistanın baş naziri Nikol Paşinyana erməni dilində müraciət də edib və onu yalan danışmamağa çağırıb.

12:20

Hadisə yerində “Real” TV-nin əməkdaşı ilə rusiyalı hərbçi arasında gərginlik yaşanıb. 

Rusiyalı hərbçi jurnalistin peşə fəaliyyətinə maneə yaratmaq istəyib. 

Jurnalist isə ona “bura mənim torpağımdır” deyə cavab verib.

Həmin görüntüləri təqdim edirik:

12:12

Azərbaycanın ekoloji sahə üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının üzvləri Xankəndi-Şuşa yolunda etiraz aksiyası keçirirlər. Azərbaycanlı ekofəallar Azərbaycan ərazilərindəki sərvətləri qanunsuz istismar olunmasına etiraz edirlər.

Aksiya iştirakçıları sülhməramlıların komandanı Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər. 

Andrey Volkov hələ də əraziyə gəlməyib, onun əvəzinə etiraz edən azərbaycanlıların qarşısına çıxan polkovnikin isə sərxoş olduğu üzə çıxıb. 

Aksiya iştirakçıları ondan alkoqol qoxusunun gəldiyini də bildiriblər.

12:06

Rusiya sülhməramlıları aksiya keçirilən əraziyə ağır texnika və iriçaplı silahlar gətirməyə davam edir. 

Rusiyalı hərbçilər əraziyə əlavə canlı qüvvə də cəlb edirlər.

 

Baku TV-nin avtomobili Rusiya sülhməramlılarına məxsus ağır texnikanın qarşısını kəsib. Hazırda avtomobil ağır texnika ilə Rusiya sülhməramlılarının yaratdığı süni maneə arasında qalıb. 

11:48

Şuşada keçirilən aksiyada iştirak edən azərbaycanlı fəallar Qarabağdakı erməniləri onlara qoşulmağa dəvət ediblər.

“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, hazırda Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində keçirilən aksiya davam edir.

Xatırladaq ki, etirazçılar Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.

Aksiyanın keçirilməsində əsas məqsəd Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı monitorinq keçirilməsinə imkan yaratmağa nail olmaqdır.

11:44

Şuşa-Xankəndi yolunda azərbaycanlı ekofəalların aksiya keçirdiyi ərazilərə Azərbaycan hərbçiləri gəliblər.

Azərbaycan ordusunun hərbi qulluqçuları əraziyə gələrək azərbaycanlı etirazçıların təhlükəsizliyini qoruyurlar.

Həmin görüntüləri təqdim edirik:

 
Bundan başqa, azərbaycanlı ekofəallar ərazidə çadırlar qurublar.

11:12

Sülhməramlılar dinc aksiya keçirən azərbaycanlıların etirazlarını yatırtmaq üçün əraziyə əlavə qüvvə cəlb ediblər.

Xatırladaq ki, azərbaycanlı ekofəallar Azərbaycan ərazilərindəki sərvətləri qanunsuz istismar olunmasına etiraz edirlər.

Aksiya iştirakçıları sülhməramlıların komandanı Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.

10:29

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası keçirirlər.

“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, etirazçılar yolu kəsərək Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri