12 
Dek
2022
11:34
37
573
8767
Virtual karabakh

Rusiya sülhməramlısı “Report”un avtomobilinə avtomat silahla zərər yetirib - YENİLƏNİB + VİDEO

12 Dek, 2022
11:34
8767

Rusiya sülhməramlısı “Report”un avtomobilinə avtomat silahla zərər yetirib - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şuşa ərazisində Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan yolun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatları (QHT) üzvlərinin Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilən etiraz aksiyasının işıqlandırılmasında iştirak edən “Report” İnformasiya Agentliyinin avtomobilinə zərər yetirilib.

“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, sülhməramlıların hərbçisi əlindəki avtomat silahın qundağı ilə avtomobili əzib.

Hazırda aksiya davam edir.

11:16

Azərbaycanın qeyri-hökumət təşkilatlarının, ictimai-siyasi fəalların Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə keçirdiyi aksiyada rusiyalı hərbçilər zor tətbiq ediblər.

Belə ki, sülhməramlılar Laçın yolunu bağlayan ekofəalların işinə maneə yaradırlar.

Hərbçilər hadisələri işıqlandıran jurnalistlərin də peşə fəaliyyətinə mane olurlar.

Onlar “Report” İnformasiya Agentliyinə məxsus avtomobilin üzərinə gedərək ona zərbələr endiriblər.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri