Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Rusiyanın dövlət kanalında Azərbaycana qarşı təxribat - VİDEO
Rusiyanın “Rossiya 1” telekanalında yayımlanan “Kto protiv” siyasi tok-şousunda Azərbaycana qarşı təxribat xarakterli fikirlər səsləndirilib.
Belə ki, canlı yayımda çıxış edən erməni əsilli ekspert Araik Stepanyan iddia edib ki, guya Azərbaycanın Birinci və İkinci Qarabağ müharibələrində ölkədə yaşayan azsaylı xalqların nümayəndələrini qəsdən ön cəbhəyə göndərib və bununla da onlardan xilas olmağa çalışıb.
Qeyd edək ki, həmin gün yayımlanan “Kto protiv” tok-şousunda müzakirə edilən mövzu Türkiyə-NATO münasibətləri və Ukraynadakı müharibə olub.
Lakin Araik Stepanyan ona ayrılan canlı efir imkanından Azərbaycan əleyhinə fikirlər səsləndirmək üçün istifadə edib.
Məlumat üçün əlavə edək ki, Araik Stepanyan 1968-ci ildə İrəvanda doğulub. O, Birinci Qarabağ müharibəsinə qatılaraq Azərbaycan torpaqlarının işğalında iştirak edib. Müharibədən sonra isə Rusiya köçərək orada ali təhsil alıb. Araik Stepanyan tez-tez Rusiyanın federal kanallarında yayımlanan siyasi verilişlərə qonaq qismində dəvət alır.
"Qarabağ" teqi üzrə xəbərlər
- "Kurtlar Vadisi"nin məşhur aktyoru: "Qarabağla bağlı film çəkəcəyik"
- Türkiyəli fermerdən Azərbaycanın Zəfər Günü ilə bağlı maraqlı addım
- İv Buvi: "Beynəlxalq birlik Azərbaycana minatəmizləmə işində kifayət qədər kömək etmir"
- Böyük Britaniyalı səyyah: "Azərbaycanda tarixi abidələrə həssas yanaşırlar"
- Səyyah: "Qarabağda tarixi və müasir memarlıq ahəngdar şəkildə birləşir"
Rəylər