29 
Yan
2023
22:27
1065
32
7733
Virtual karabakh

Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini tam dayandırdı - VİDEO

29 Yan, 2023
22:27
7733

Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini tam dayandırdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Biz səfirliyin diplomatik fəaliyyətini tamamilə dayandırmışıq”.

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Xələf Xələfov bildirib ki, müəyyən spekulyasiyalar var ki, guya diplomatik fəaliyyət dayanmayıb:

“Amma tam dayanıb. Orada beş nəfər əməkdaş səfirliyin inzibati binasının və səfirlik əmlakının qorunması ilə bağlı qalacaqlar, amma onlar diplomatik fəaliyyət göstərməyəcəklər. Əlbəttə bizim Təbrizdə Baş Konsulluğumuz var. Tehrandakı səfirliyin diplomatik fəaliyyətini tam dayandırması Baş Konsulluğumuzun fəaliyyətinə şamil olunmur”.

Xələf Xələfov bildirib ki, eyni zamanda nəzərə alaq ki, bizim bir çox vətəndaşlarımız İrandadır:

“Onların da yardıma ehtiyacı olarsa, Təbrizdəki Baş Konsulluğa müraciət edə bilərlər”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri