Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş hazırlanıb.
Verilişdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun aparıcı elmi işcisi, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müəllimi, dosent Sahibə Budaqova Qərbi Azərbaycanın demoqrafik vəziyyəti və coğrafi mühitindən bəhs edib.
O, son dövrlərdə Qərbi Azərbaycan haqqında yeni tarixi həqiqətlər üzə çıxdığını bildirərək, ermənilərin etnik təmizləmə, oğuz-türk toponimlərinin məhv edilməsi siyasəti barədə yeni faktlar açıqlayıb:
“Zvartnots aeroportu Zəngibasar mahalının yerlə-yeksan edilən Çobənkərə kəndinin yerində tikilib. Ermənilərin milli geyimləri də onların Qafqaza aid olmadıqlarını sübut edir”.
Tarixçi-alim Zəngibasar mahalı, Cobankərə kəndi ilə bağlı xatirələrini bölüşüb, ikinci nəsil qərbi azərbaycanlı kimi, doğma yurd-yuvamıza qayıdışın reallığa çevrilməsi üçün aparılan siyasəti qiymətləndirib.
Ətraflı verilişi təqdim edirik:
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş hazırlanıb.Verilişdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun aparıcı elmi işc...