20 
May
2023
13:55
222
27
1415
Virtual karabakh

Azərbaycanda Türkiyə vətəndaşlarının səsverməsi keçirilir - FOTO

20 May, 2023
13:55
1415

Azərbaycanda Türkiyə vətəndaşlarının səsverməsi keçirilir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının qardaş ölkədə 28 mayda keçiriləcək ikinci tur prezident seçkisi ilə bağlı səsverməsi keçirilir.

Mayın 20-də Bakı vaxtı ilə saat 08:00-da Türkiyə səfirliyində seçki məntəqəsi açılıb.

Üç gün davam edəcək proses Türkiyənin Bakıdakı səfirliyinin, eləcə də Gəncə və Naxçıvandakı Baş konsulluqlarının binasında təşkil olunub.

Azərbaycanda yaşayan türkiyəli seçicilərin sayı 6 600 nəfərə yaxındır.

Səsvermədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı da iştirak edib.

Xatırladaq ki, ilk turda namizədlərdən heç biri müəyyən edilən 50 faiz səsi toplamadığı üçün seçkinin ikinci turu mayın 28-də keçiriləcək.

İkinci turda Cümhur İttifaqının prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Millət İttifaqının namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu mübarizə aparacaqlar.

Daha çox şəkil burada: PhotoStock.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri