UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 3-cü turu çərçivəsində İngiltərənin "Mançester Siti" komandası öz meydanında Yunanıstanın AEK klubu ilə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, oyun ingilislərin 5:1 hesablı darmadağını ilə başa çatıb.
"Şəhərlilər"in heyətində Fil Foden het-trik edərək matçın qəhrəmanı olub. Mançester təmsilçisinin digər qollarını Elliot Anderson və Rayan Şerki vurublar. Yunanıstan klubunun təsəlli qoluna isə Stavro Pilo imza atıb.
Bu qələbədən sonra xallarının sayını 6-ya çatdıran "Mançester Siti" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 3 xalı olan AEK isə 26-cı sıradadır.
Günün digər görüşlərində aşağıdakı nəticələr qeydə alınıb:
"Fənərbağça" - "Slaviya Praqa" - 2:2;
"Sabah" - "Borussiya Dortmund" - 1:2;
"Roma" - "Slovan Bratislava" - 4:0;
"Portu" - PSV - 0:1;
"Liverpul" - "Vilyarreal" - 4:3;
PSJ - "Barselona" - 4:2;
"Napoli" - "Budyo Qlimt" - 4:3;
"Ştutqart" - "Atletiko Madrid" - 1:1.