Azərbaycan Ordusu Qarabağda əsgərimizin yaralanmasından sonra erməni separatçılarına qarşı “Qisas” əməliyyatı keçirib.
Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, “Qisas” əməliyyatı nəticəsində qanunsuz hərbi birləşmələrin 5 üzvü məhv edilib.
Ancaq qanunsuz hərbi birləşmələr tərəfindən yeni təxribatlara hazırlıqlar getdiyi bildirilir.
Belə olarsa, Azərbaycan Ordusu sərt və adekvat cavablar verəcək, qanunsuz birləşmələrin hərbi infrastrukturunu məhv edəcək.
Qeyd edək ki, iyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.
Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Əli Şükür oğlu Bəkirov yaralanıb.
Bu hadisə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşü ərəfəsində Qarabağdakı qanunsuz hərbi birləşmələr tərəfindən məqsədyönlü şəkildə törədilmiş təxribatdır.
Məqsəd sülh müqaviləsi imzalanması istiqamətində ABŞ-nin dəstəyi ilə aparılan danışıqlara kölgə salmaq və neqativ ab-hava yaratmaqdır.
Qanunsuz hərbi birləşmələri təxribata Rusiya sülhməramlılarının təşviq etdiyi istisna olunmur, çünki bu qüvvələr sülhməramlıların tam nəzarətində olan ərazidə fəaliyyət göstərirlər.
Baş vermiş təxribatda Laçında qurulmuş postu “blokada” kimi təqdim edərək terrorçulara dəstək verən bir sıra korrupsioner Qərb siyasətçiləri və təşkilatlarının da məsuliyyəti var.
Bu təxribat ermənipərəst və islamofob qüvvələrin, Avropa Parlamenti daxilindəki bəzi dairələrin maraqlarına cavab verir.
Qarabağdakı terrorçu rejim birbaşa Rusiya sülhməramlılarının nəzarətindədir. Belə olan halda bu qüvvələrə dəstək verən korrupsioner və erməni lobbisinin “cibində” olan Qərb dairələri əslində kimlərin marağına xidmət edir?
Azərbaycan Ordusu Qarabağda əsgərimizin yaralanmasından sonra erməni separatçılarına qarşı “Qisas” əməliyyatı keçirib.Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, “Qi...