Yan
2024
16:23
23
131
2326
Virtual karabakh

MSK daha iki nəfərin prezidentliyə namizədliyini qeydə alıb - VİDEO

6 Yan, 2024
16:23
2326

MSK daha iki nəfərin prezidentliyə namizədliyini qeydə alıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zahid Orucun və Razi Nurullayevin prezidentliyə namizədlikləri qeydə alınıb.

Oxu.Az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova məlumat verib.

O bildirib ki, Zahid Orucun və Razi Nurullayevin imza vərəqələri qanunvericiliklə müəyyən edilmiş müddətdə yoxlanılıb.

Zahid Oruc öz təşəbbüsü ilə prezidentliyə namizədliyini irəli sürüb.

Razi Nurullayevin namizədliyi Azərbaycan Milli Cəbhə Partiyası tərəfindən irəli sürülüb. O, 43 800 imza vərəqəsini MSK-ya təqdim edib.

MSK-nın iclasında bildirilib ki, Razi Nurullayevin namizədliyinin qeydə alınması üçün təqdim edilən imza vərəqəsi kifayət edib.

Qeyd edək ki, bununla da prezidentliyə namizədliyi qeydə alınan şəxslərin sayı üç olub. Buna qədər Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınmışdı.

Növbədənkənar prezident seçkisi 2024-cü ilin fevralın yeddisində keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri