İran Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın kollektiv müdafiə haqqında "Məkkə müqaviləsi"nə qoşulmaq üçün dəvət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə İran parlamentinin informasiya agentliyinin rəhbəri Mehdi Rəhimi "Al Mayadeen" telekanalına müsahibəsində bildirib.
M.Rəhiminin sözlərinə görə, İran rəhbərliyi hazırda bu təklifi nəzərdən keçirir. O, həmçinin vurğulayıb ki, region ölkələri arasında təhlükəsizlik çətirinin yaradılması cəhdi İran üçün qələbədir. Çünki Tehran uzun müddətdir belə bir təşəbbüsün yaradılmasına çağırış edib.
Xatırladaq ki, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə liderləri avqustun 7-də "Məkkə müqaviləsi"ni imzalayıblar. Razılaşmaya əsasən, iştirakçılardan birinə edilən hücum hər üç ölkəyə edilmiş hücum kimi qiymətləndiriləcək.