25 
Avq
2015
09:54
144
19
18645
Virtual karabakh

Fələstin Dövləti Azərbaycana nota verdi

25 Avq, 2015
09:54
18645

Fələstin Dövləti Azərbaycana nota verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Erməni tərəfinin yalanları ifşa olundu.

Fələstin Dövlətinin Bakıdakı Səfirliyi Xarici İşlər Nazirliyinə nota ilə müraciət edərək Ermənistanın “Zhamanak Daily” xəbər agentliyinin Fələstinin Böyük Britaniyadakı erməni əsilli səfirinin “East Magazine”-nə (Vostok) verdiyi müsahibəsinə istinadən yaxın gələcəkdə İrəvanda Fələstin səfirliyinin açılacağı barəsində yaydığı xəbərinin yalan olduğunu bildirib.

Bu barədə Oxu.Az-a XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, notada qeyd olunur ki, bu xəbər “Zhamanak Daily” və ona istinadən Azərbaycanın bəzi xəbər portallarında çıxan zaman Fələstin Dövlətinin Bakıdakı Səfirliyi Fələstin Prezident Administrasiyası və Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb və hər iki qurum tərəfindən bu xəbərin yalan olduğu və ümumiyyətlə, İrəvanda Fələstin səfirliyinin açılması barəsində niyyətin olmadığı təsdiq edilib.

“Ermənistan KİV-nin ölkəmizin xarici, müdafiə və təhlükəsizlik siyasətinə xələl gətirmək məqsədi ilə bir çox hallarda qəsdən dezinformasiya və təxribat xarakterli məlumatlar yaydıqlarını nəzərə alaraq, bəzi yerli kütləvi informasiya vasitələrinə dəqiqləşdirmə və yoxlama aparmadan bu kimi xəbərlərin yayılmasından çəkinməyi tövsiyə edirik”, - deyə, H.Hacıyev bildirib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri