19 
Mar
2024
15:46
74
17
625
Virtual karabakh

“McDonald’s Azərbaycan” və DSMF şəhid övladları üçün xeyriyyə tədbiri keçirib - FOTO/VİDEO

19 Mar, 2024
15:46
625

“McDonald’s Azərbaycan” və DSMF şəhid övladları üçün xeyriyyə tədbiri keçirib - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Novruz bayramı ərəfəsində, martın 17-də, Şüvəlan qəsəbəsində yerləşən “McDonald’s” restoranında şəhid övladları üçün təşkil olunmuş xeyriyyə tədbiri keçirilib.

Bayram tədbirində 8-11 yaş arası 60-dan çox uşaq iştirak edib, onlar üçün xüsusi əyləncə proqramı, həmçinin bayram naharı təşkil olunub. Tədbirin sonunda uşaqlara müxtəlif inkişafetdirici stolüstü oyunlar hədiyyə edilib. Səmimi mühitdə və bayram atmosferində baş tutan tədbir hər kəsə xoş təəssürat bağışlayıb.

Qeyd edək ki, bu tədbir daha öncə Anlaşma Memorandumu imzalamış “McDonald’s Azərbaycan” şirkəti ilə Azərbaycan Dövlət Sosial Müdafiə Fondu arasında əməkdaşlığın başlanğıcını simvolizə edir.

Əməkdaşlıq çərçivəsində əhalinin sosial cəhətdən həssas kateqoriyalarına, o cümlədən 2020-ci ilin payızında baş vermiş Vətən müharibəsi zamanı dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda canlarından keçmiş şəhidlərin və müharibə veteranlarının övladlarına dəstək məqsədilə bir sıra sosial təşəbbüslər həyata keçiriləcək.

Uzunmüddətli perspektivdə sosial yardımın göstərilməsi, o cümlədən şəhid övladları üçün inkişafetdirici və əyləncə tədbirlərinin təşkilinə xüsusi diqqət ayrılacaq.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri