Müğənni Natavan Həbibi yeni klipini təqdim edib.
Oxu.Az xəbər verir ki, ekran işi “Sənə” adlanan mahnıya çəkilib. Bəstənin söz və musiqisi Murad Arifə məxsusdur.
Xatırladaq ki, Natavan Həbibi bir müddət əvvəl reper Dado (Səid Əliyev) ilə nişanlanıb. Uzun zaman ərzində şəxsi münasibətlərini gizli saxlayan cütlük bir neçə gündür sosial mediada müzakirə mövzusuna çevrilib. Ötən gün “5/5” verilişində qonaq olan ifaçı toyun iyulda baş tutacağını söyləyib.
A.S.
www.oxu.az