Alim Qasımov rep ifaçıları ilə yeni duet səsləndirib.
Oxu.Az xəbər verir ki, dünya şöhrətli xanəndə Alim Qasımov tanınmış reperlər PRoMete və Sailor ilə yeni duet ifa edib. Yeni mahnı “Var gücünlə vur” adlanır.
“PicMus Production”nın istehsalı olan klipin prodüseri İslam Şirvani, operator Eltun Baxşızadə, montajçı Müşfiq Məmmədov, qrafist Anar Məmmədov, art direktoru Amal Əlilidir.
Klipdə kiqboksçu Pərviz Abdullayev çəkilib.
Aytən Sadıqzadə
www.oxu.az