Tanınmış teleaparıcı sərt açıqlama ilə çıxış edib.
Oxu.Az gecce.az-a istinadən xəbər verir ki, “Evdəyik” verilişinin aparıcısı Ulvira Qarayeva qaşlarını alan kişi müğənnilərdən danışıb.
“Müğənni tanıyıram ki, qaşlarını alır. Qaşlarını alıb, “ceyranqaş” olurlar. İnanın, belələri şou-biznesdə çoxdur. Maraqlıdır, niyə xanımlar kişi paltarı geyinib, özlərinə bığ qoyub, səhnəyə çıxmırlar? Sırf bəzi kişi müğənnilərdə qadınlaşma gedir. Buna səbəb nədir? Aygün Bəylər kişi paltarı geyinirdi. Artıq o da qadın imicində yenidən səhnəyə qayıdıb. Amma kişi müğənnilərin artıq çoxu qaşlarını məndən beşbetər alır”.