ANS telekanalının məşhur siması Aytən Səfərova yeni layihə hazırlayır.
Oxu.Az xəbər verir ki, “Qafqazın TOP-20 mahnısı” adlı veriliş yaxın zamanda ANS ÇM radiosunda efir vaxtına start verəcək.
Qeyd edək ki, səsləndiriləcək mahnılar içərisində erməni musiqiləri də yer alacaq.
Bu barədə məlumatı aparıcı özü sosial şəbəkədə verib:
“Bu gün ANS ÇM radiosunda “Qafqazın TOP-20 mahnısı”nın çartı başlanır. Burada bütün Qafqaz respublikaları, o cümlədən, Ermənistandan da nümayəndələr var. Aparıcı: Aytən Səfərova, ideya müəllifi: Vahid Mustafayevdir. Fikirləriniz”.

Aytən Sadıqzadə
www.oxu.az