Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Asmalı Konak"ın ulduzu Selda Özer tanınmaz halda
Türkiyənin ən məşhur seriallarından biri "Asmalı Konak"da "Dilara" obrazı ilə yaddaşlara həkk olunan məşhur aktrisa Selda Özerin son vaxtlarda görünüşü sosial mediada gündəmdən düşmür.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Sabah" qəzeti məlumat yayıb.
Bildirilib ki, 63 yaşlı Selda Özeri görənlər onu tanımaqda çətinlik çəkirlər. İstifadəçilər aktrisanın illər ərzindəki dəyişikliyini onları şoka saldığını bildiriblər. Onlar aktrisanın öz həmyaşıdları ilə müqayisədə çox tez yaşlandığını bildiriblər və bundan təəssüfləndiklərini vurğulayıblar.
Qeyd edək ki, əsasən mənfi obrazlarla tanınan və güclü performanslar nümayiş etdirən Selda Özer hazırda Bodrumda sakit bir həyat sürür.