Hər gün, hər saat bir-birindən maraqlı efirləri ilə evlərinizin qonağı olan Azad Azərbaycan televiziyası bu il də baxımlı kanal olduğunu sübut etdi.
Oxu.Az xəbər verir ki, ATV telekanalı “İlin Televiziya Şirkəti” adına layiq görülüb.
Son bir ildə televiziyanın yüksək sürətlə inkişaf etməsi, görülən işlərin tamaşaçılar tərəfindən böyük maraqla qarşılanması bu mükafatın əldə olunmasında böyük rol oynayıb.
Qeyd edək ki, “İlin şirkəti” milli mükafatı intensiv inkişaf edən, maliyyə şəffaflığı və informasiya açıqlığı ilə beynəlxalq standartları tətbiq edən şirkətlərə təqdim olunur və 2000-ci ildə nüfuzlu işgüzar jurnal olan “Consulting&Business” tərəfindən təsis edilib, hər ilin sonunda təqdim olunur.
Aytən Sadıqzadə
www.oxu.az