Yeddi il öncə İsveçrədə Azərbaycanı “Avroviziya” beynəlxalq musiqi müsabiqəsində “Hold me” bəstəsi ilə təmsil edən Fərid Məmmədov 20 il əvvəl lentə alınmış görüntülərini üzə çıxarıb.
Oxu.Az xəbər verir ki, ifaçı 2000-ci ildə “Space TV”də yayımlanan musiqi verilişlərin birində “Şərq ulduzları” estrada-vokal qrupunda çıxış etməsinin görüntülərini sosial media hesabında yayımlayıb.
F.Məmmədov proqramda “Süsən-sünbül” xalq mahnısını ifa edib. Digər görüntülərdə isə o, müğənni Samira Allahverdiyevanın repertuarında yer alan “Yadımdan silmərəm heç zaman” mahnısını duet şəklində ifa edib.
Qeyd edək ki, F.Məmmədov ailə həyatı qurduqdan sonra ABŞ-a köçüb və hazırda orada kuryer kimi çalışır. Onun bir yaşında oğlu var.
Rəşad Əliyev